Ən son xəbərlər:

11.03.2023 / 20:15 / Finlandiya prezidenti qırıcı təyyarələrin Kiyevə verilməsi məsələsini müzakirə etməyib

Finlandiya prezidenti qırıcı təyyarələrin Kiyevə verilməsi məsələsini müzakirə etməyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Finlandiya prezidenti Sauli Niinistö ölkənin istismardan çıxarılan qırıcı təyyarələrinin Ukraynaya təhvil verilməsi ilə bağlı heç kimlə danışıqlar aparmayıb. Bu barədə şənbə günü STT agentliyi prezident Sauli Niinistönin ofisinə istinadən məlumat yayıb. Ofis baş nazir Sanna Marinin Finlandiyanın Ukraynaya sıradan çıxarılan Hornet qırıcılarının təhvil verilməsini müzakirə edə biləcəyi ilə bağlı bəyanatlarını şərh edib.

Ninistö bu məsələni heç kimlə müzakirə etməyib, ofisdən belə bildiriblər.

Kiyevin qırıcı təyyarələri almaq istəyinin Finlandiyada da müzakirə oluna biləcəyi faktı daha əvvəl baş nazir Sanna Marin tərəfindən cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlarının gedişatını təsvir edən press-relizdə bildirilmişdi. “Mənim fikrimcə, biz Hornet qırıcılarını da müzakirə edə bilərik, onların Ukraynaya göndərə də bilərik və hansı əlavə təlimlərə ehtiyac olduğunu da müzakirə edə bilərik”, – Marin belə bildirib.