Ən son xəbərlər:

11.03.2023 / 20:04 / Britaniya Olimpiadanın sponsorlarından rusların ölkəyə buraxılmasının qarşısını almağı xahiş edir

Britaniya Olimpiadanın sponsorlarından rusların ölkəyə buraxılmasının qarşısını almağı xahiş edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Britaniya hökuməti Olimpiadanın əsas sponsorlarından Rusiya və Belarusluların oyunlarda iştirakına mane olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təzyiq göstərməyi xahiş edib. “The Guardian” yazır ki, məktubun göndərildiyi sponsorlar arasında “Coca-Cola”, “Intel”, “Samsung”, “Visa” və s.var

Məktubda deyilir: “Biz bilirik ki, Rusiya və Belarusda idman və siyasət bir-biri ilə sıx bağlıdır. Biz Rusiya və Belarus rejimlərinin idmandan öz təbliğat məqsədləri üçün istifadəsinin qarşısını almağa qərarlıyıq.

Müraciətlər Olimpiya Oyunlarının beynəlxalq sponsorlarının Britaniya bölmələrinin rəhbərlərinə göndərilib.