Ən son xəbərlər:

11.03.2023 / 10:53 / Turistlər Vyetnamda çox təhlükəli səkilərdən şikayətlənirlər

Turistlər Vyetnamda çox təhlükəli səkilərdən şikayətlənirlər.

xeberaz.info-nun lenta.ru-ya istinadən məlumatına görə VnExpress qəzeti yazır ki, turistlər Vyetnamın paytaxtı Hanoyda səkilərin həddən artıq təhlükəli olmasından şikayətlənirlər: onlar bəzən piyadalar arasında gedən avtomobil və motosikletlərlə doludur.

Əcnəbilər toqquşmalardan qaçaraq yolun kənarına çıxmaq məcburiyyətində qaldıqlarını bildiriblər. Onlar piyada səkisinin yalnız piyadalar üçün olması lazım olduğunu vurğulayaraq, şəhər rəhbərliyini səliqəsizliyi aradan qaldırmağa çağırıblar.

Hanoy zəngin tarixə və qədim memarlığa malik gözəl şəhərdir. Lakin səkilərdəki qarışıqlıq şəhərin turist imicinə təsir edir, – rusiyalı turist Dmitri belə bildirib.

Şəhər rəhbərliyi bir ay ərzində problemi həll edəcəyini, gəzinti ərazilərində asayişi bərpa edəcəyini, o cümlədən küçələri və səkiləri tutan reklam lövhələri və kölgəliklər kimi maneələrin götürüləcəyini vəd edib.

Bundan əvvəl məlum olub ki, Rusiya altı ölkə ilə qarşılıqlı əsasda viza rejiminin sadələşdirilməsi sazişləri hazırlayır: Hindistan, Anqola, Vyetnam, İndoneziya, Suriya və Filippin.