Ən son xəbərlər:

11.03.2023 / 05:47 / BƏƏ Ukraynaya 14 ton humanitar yardım göndərib

BƏƏ Ukraynaya 14 ton humanitar yardım göndərib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynaya 14 ton humanitar yardım göndərib, BƏƏ-nin WAM agentliyi bu barədə xəbər verir.

BƏƏ Ukrayna xalqına sərt qış şəraitində kömək etmək üçün yorğan və şəxsi gigiyena vasitələri, eləcə də LED lampaları da daxil olmaqla 14 ton humanitar yardımla birlikdə təyyarə göndərib. Agentliyin açıqlamasında belə bildirilir.

Qeyd olunur ki, humanitar yük əvvəlcə Polşanın paytaxtı Varşavaya çatacaq, oradan da Ukraynaya göndəriləcək.