Ən son xəbərlər:

11.03.2023 / 03:55 / Kanada hökuməti Rusiyadan polad və alüminium idxalına qadağa qoyub

Kanada hökuməti Rusiyadan polad və alüminium idxalına qadağa qoyub.

xeberaz.info-nun Rusiya KİV-lərinə istinadən məlumatına görə Kanada hakimiyyəti Rusiyadan alüminium və poladın idxalını qadağan etmək qərarına gəlib. Bu barədə ölkə hökumətinin saytında dərc olunan “Xüsusi iqtisadi tədbirlər haqqında” müddəalara dəyişikliklərlə bağlı sənəddə deyilir.

Dəyişikliklərə əsasən, Kanadadakı istənilən şəxsə və Kanadadan kənarda olan hər hansı bir kanadalıya Rusiyadan, xüsusən də dəmir, polad, alüminium və ondan hazırlanan məhsulların idxalı, alınması və ya daşınması qadağandır.