Ən son xəbərlər:

11.03.2023 / 03:15 / Türkiyədə seçkilərin keçirilməsi ilə bağlı fərman imzalandı

Türkiyədə seçkilərin keçirilməsi ilə bağlı fərman imzalandı.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək. Bunu ötən gün, martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq fərman imzaladıqdan sonra Ankarada prezident sarayında çıxışı zamanı bildirib. Türkiyə prezidenti bildirib ki, qərar şənbə günü rəsmi qəzetdə dərc olunacaq.

Ərdoğan vurğulayıb ki, seçki dövründə 6 fevral zəlzələsinin vurduğu yaraların sağalması, iqtisadi və sosial zərərin aradan qaldırılmasına diqqət yetiriləcək. Bunun üçün istehsalın və məşğulluğun artırılması üçün ölkənin seçkiləri geridə qoyması vacibdir.

Ərdoğan çıxışında seçki kampaniyasında musiqidən istifadənin qadağan ediləcəyini də bəyan edib.

Bu ilki seçkilərdə altı müxalifət partiyası birləşərək ana müxalifət partiyası olan Kamalist Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd kimi irəli sürüb.