Ən son xəbərlər:

10.03.2023 / 09:08 / Mask öz şəhərini salmağı planlaşdırır

Mask öz şəhərini salmağı planlaşdırır.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə İlon Mask Texas ştatının paytaxtı Ostin şəhəri yaxınlığında yeni aldığı torpaqda öz şəhərini salmağı planlaşdırır. Bu barədə ötən gün, cümə axşamı mənbələrə istinadən The Wall Street Journal məlumat yayıb.

Nəşrin məlumatına görə, Mask və onun şirkətlərinin işçiləri sahibkarlıq ideyasını işçilərin işləyə və yaşaya biləcəyi Kolorado çayı boyunca bir növ Texas utopiyası kimi təsvir ediblər.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, planlaşdırılan şəhər Texasda tikilən Maskın SpaceX və Boring şirkətinin binalarına bitişikdir. Artıq ərazidə bir qrup modul tipli evlər, hovuz, açıq idman meydançası və idman zalı tikilib. Maskın əsas köməkçilərindən biri, Boring Company prezidenti Steve Davis, iş adamının daha böyük planlarını, o cümlədən tam hüquqlu böyük şəhər qurmaq barədə planlarından danışıb.

Texas qanunlarına görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər. Nəzərdə tutulan Mask şəhərinin tikildiyi Bastrop dairəsinin sözçüsü bildirib ki, administrasiya nə sahibkardan, nə də onun təşkilatlarından açıqlama almayıb.