Ən son xəbərlər:

10.03.2023 / 06:55 / ABŞ Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edir

ABŞ Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edir.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə ABŞ İrana pilotsuz uçuş aparatlarının istehsalı və satın alınmasında dəstək verdiyinə görə bir sıra Çin şirkətlərinə sanksiya tətbiq edir. Bu barədə ötən gün, martın 9-da ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın pilotsuz uçuş aparatları almaq səylərini dəstəklədiyi üçün beş şirkət və bir şəxsə məhdudiyyətlər qoyub, – ABŞ Maliyyə Nazirliyinin mətbuat şərhində belə deyilir.

Vaşinqtonun verdiyi məlumata görə, sanksiya tətbiq edilən şəbəkə Çində yerləşir və minlərlə aerokosmik hissələrin, o cümlədən İHA tətbiqləri üçün istifadə edilə bilən komponentlərin satışı və daşınmasına cavabdehdir.

Sanksiya siyahısına Çinin KOTO Machinery, Guilin Alpha Rubber & Plastics Technology, S&C Trade PTY və onun əməkdaşlarından biri olan Shenzhen Caspro Technology, eləcə də Honq-Konqda yerləşən Raven International şirkətləri daxildir.