Ən son xəbərlər:

10.03.2023 / 05:35 / Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin şəxsi nəzarəti altında həyata keçirilib

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin şəxsi nəzarəti altında həyata keçirilib.

xeberaz.info-nun Rusiya KİV-lərinə istinadən məlumatına görə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadənin Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində iştirak etdiyini açıqlayıb.

Ötən il Rusiya və Ukrayna arasında məhbus mübadiləsi əməliyyatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun şəxsi nəzarəti altında həyata keçirilib. Bunu cümə axşamı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında Krallığın xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud deyib.

Biz Ukraynadakı bu böhranın həllinə nail olmaq üçün həmişə dəstək verməyə çalışırıq. Biz sülh yolu ilə həll tapmaq üçün bütün tərəflərlə işləməyə hazırıq. Əvvəllər biz artıq müəyyən təşəbbüslər irəli sürmüşük, o cümlədən əsirlərin dəyişdirilməsi ilə bağlı. Bu əməliyyat vəliəhdin şəxsi nəzarəti altında həyata keçirilib, – Səudiyyə Ərəbistanının xarici işlər naziri belə bildirib.