Ən son xəbərlər:

09.03.2023 / 21:32 / Çexiya Olimpiya oyunlarında ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib

Çexiya Olimpiya oyunlarında ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Çexiya Olimpiya Komitəsi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusların və belarusların iştirakına qarşı hüquqi arqumentlər tapmalı olan müstəqil ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə qurumun press-relizində məlumat verilib.

Qrupa idman və olimpiya məsələləri, beynəlxalq və olimpiya hüququ və diplomatik əlaqələr üzrə altı ekspert daxildir. Qrupa Çexiya, ABŞ, İsrail və Böyük Britaniyada əvvəllər səfir olmuş diplomat Mixail Jantovski başçılıq edəcək. İlk birgə danışıqların martda olacağı gözlənilir.

Xatırladaq ki, Çexiya Belarus və Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakının əsas rəqiblərindən biridir, halbuki dünyanın əhəmiyyətli hissəsi buna qarşı deyil. Bundan əvvəl Çexiya Senatı belarusların və rusların növbəti yay olimpiya oyunlarında iştirakının mümkünlüyünü rədd etmiş və yerli Olimpiya Komitəsini “hər vasitə ilə” bunun qarşısını almağa çalışmağa çağırmışdı.