Ən son xəbərlər:

09.03.2023 / 18:50 / İsrail İslam dünyası ilə əlaqələri normallaşdırır

İsrail İslam dünyası ilə əlaqələri normallaşdırır.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, İsrail Mavritaniya və Somali ilə diplomatik münasibətləri normallaşdırmağa çalışır. Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Həmçinin bildirilir ki, İsrailin xarici işlər naziri Eli Koen Mavritaniya və Somalinin İbrahim razılaşmalarına inteqrasiyası məqsədi ilə təmaslar aparır.

EADaily xatırladır ki, 2020-ci ildə İsrail BƏƏ və Bəhreynlə münasibətləri normallaşdırmaq üçün “İbrahim razılaşmaları” bağlamışdı. Elə həmin il Sudanla münasibətlərin normallaşdırılması prosesi başlayıb və Təl-Əviv artıq Mərakeşlə hərbi-texniki əlaqələri fəal şəkildə inkişaf etdirir.