Ən son xəbərlər:

09.03.2023 / 11:09 / Türkiyə Rusiya və Ukrayna arasında yüksək səviyyəli danışıqlar üçün lazım olan hər şeyi təqdim etməyə hazırdır

Türkiyə Rusiya və Ukrayna arasında yüksək səviyyəli danışıqlar üçün lazım olan hər şeyi təqdim etməyə hazırdır.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, Türkiyə Rusiya və Ukrayna liderləri arasında görüşə vasitəçilik etməyi təklif edib. Bu barədə Rusiya KİV-ləri Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Təklif zamanı Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüşün konkret tarixi və yeri hələlik müzakirə edilməyib.

Diplomatik mənbə bildirib ki, biz Rusiya Federasiyası və Ukrayna liderləri arasında yüksək səviyyəli danışıqlar üçün platforma və lazım olan hər şeyi təqdim etməyə hazır olduğumuzu mütəmadi olaraq bəyan edirik.

Ərdoğanın müşavirinin fikrincə, Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanması istiqamətində mühüm addım tərəflərin atəşkəs imzalaması olmalıdır. O hesab edir ki, indi Rusiya və Ukrayna tərəfləri ən azı bir ay müddətinə atəşkəs haqqında razılığa gəlməlidirlər ki, nazirlər səviyyəsində danışıqları təşkil etsinlər, orada sülhün bağlanması artıq ətraflı müzakirə olunacaq.

Bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya atəşkəs təkliflərindən imtina etməyib. Nazir hansı təşəbbüsləri nəzərdə tutduğuna açıqlama verməyıb.