Ən son xəbərlər:

09.03.2023 / 10:39 / Macarıstan və Türkiyə yaxın zamanda Finlandiyanın NATO-ya müraciətini təsdiq edəcək

Macarıstan və Türkiyə yaxın zamanda Finlandiyanın NATO-ya müraciətini təsdiq edəcək.

xeberaz.info eadaly-a istinadən bildirir ki, Finlandiyanın müdafiə naziri Antti Kaikkonen çərşənbə günü martın 8-də İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına müraciətinin Macarıstan və Türkiyə tərəfindən yaxın gələcəkdə ratifikasiya edəcəklərini bildirib.

Müdafiə naziri vurğulayıb ki, Vilnüsdə keçiriləcək sammitə qədər Macarıstan və Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcəklər.

Deyərdim ki, finiş xətti artıq görünür, amma bəlkə də hələ bir az səbrə ehtiyacımız var, – deyə müdafiə naziri bildirib.

Martın 1-də Finlandiya parlamenti respublikanın NATO-ya daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Parlamentin iclasında təşəbbüsü 200 deputatdan 184-ü dəstəkləyib, 7 deputat bitərəf qalıb, bir deputat isə səsvermədə iştirak etməyib.

Fevralın 28-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya və İsveçin NATO-ya tez bir zamanda  daxil olması prioritet olaraq qalır. Hər iki namizəd üzvlük üçün Türkiyənin ötən ilin iyulunda Madriddə üçtərəfli sazişdə qeyd etdiyi tələbləri yerinə yetirib.