Ən son xəbərlər:
A view of the Aramco oil refinery in Saudi Arabia, 1990. (Photo by Tom Stoddart/Hulton Archive/Getty Images)

09.03.2023 / 08:46 / Dünya neft sənayesini 25 il ərzində Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt idarə edə bilər

Dünya neft sənayesini 25 il ərzində Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt idarə edə bilər.

xeberaz.info-nun eadaily.com saytına istinadən verdiyi məlumatına görə  şist nefti bumu səngidiyi üçün OPEK yenidən qlobal neft bazarına nəzarəti ələ keçirib. Bir sıra sənaye liderləri gələn  il neft qiymətlərinin yüksələcəyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə “Burovaya” teleqram kanalı məlumat yayıb.

ABŞ-ın şist nefti rəhbərləri bildiriblər ki, artan xərclər və investorların səhmdarlara nağd pulu qaytarmaq üçün təzyiqləri ABŞ-da tədarük artımına mane olmaqda davam edəcək. “Financial Times” bu barədə məlumat verib.

Pioneer Natural Resources-un rəhbəri Scott Şeffild bildirib ki, hazırda neft sənayesində Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt güclüdir və onlar növbəti 25 il ərzində nüfuzlu olaraq qalacaqlar.