Ən son xəbərlər:

08.03.2023 / 18:29 / ABŞ ordusu Çindən Rusiyaya silah ötürülməsini qeydə almayıb

ABŞ ordusu Çindən Rusiyaya silah ötürülməsini qeydə almayıb.

xeberaz.info-nun məlumatına görə Çin Rusiyaya silah göndərməyə başlasa, Qərb məcburi şəkildə Ukraynaya yardımı artırmalı olacaq. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. TASS bu gün, martın 8-də Deutschlandfunk radiostansiyasına istinadən bu barədə xəbər verir.

Bu, Ukraynanın daha çox dəstəklənməyə davam etməsi deməkdir. Belə olan halda Çinin dinc vasitəçi və ya Rusiyaya təsir edə biləcək biri kimi rolu zəifləyəcək.

Öz növbəsində Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ ordusu Çindən Rusiyaya silah ötürülməsini qeydə almayıb, lakin belə bir ehtimalı istisna da etmir.

ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq buna cavab olaraq ABŞ-ın Rusiya-Çin münasibətlərinə guya Çinin Rusiyaya hərbi yardımı kontekstində təhdid və təzyiqlərinin qəbuledilməz olduğunu bəyan edib.