Ən son xəbərlər:

08.03.2023 / 18:16 / BƏƏ prezidenti Abu Dabidə Ukraynanın birinci xanımı Yelena Zelenskayanı qəbul edib

BƏƏ prezidenti Abu Dabidə Ukraynanın birinci xanımı Yelena Zelenskayanı qəbul edib.

xeberaz.info-nun məlumatına görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Abu Dabidə Ukraynanın birinci xanımı Yelena Zelenskayanı qəbul edib. TASS WAM xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün, martın 8-də məlumat verilib.

Məlumata görə, BƏƏ rəhbəri Ukraynada münaqişədən zərər çəkmiş uşaqlara yardım üçün 4 milyon dollar ayırmağı əmr edib.

Ayrılan vəsait Zelenskaya xeyriyyə fondunun layihələrindən birinin həyata keçirilməsinə sərf olunacaq. Bu layihə çərçivəsində Ukraynada ailə tipli uşaq evləri sisteminin yaradılması planlaşdırılır və ayrılan bu vəsait 100-ə yaxın uşaq üçün nəzərdə tutulmuş 10 uşaq evinin tikintisinə kifayət edəcək.

Zelenskayanın BƏƏ prezidentinə münaqişə boyu göstərdiyi dəstəyə, habelə qonşu ölkələrdəki ukraynalı qaçqınlara kömək etdiyinə görə təşəkkür etdiyi bildirilir.