Ən son xəbərlər:

08.03.2023 / 10:25/ Ölkənin neytrallığı onun təhlükəsizliyinin təminatıdır

Ölkənin neytrallığı onun təhlükəsizliyinin təminatıdır.

xeberaz.info-nun məlumatına görə  Moldovanın müxalifət Şor partiyasının sədr müavini Marina Tauber ölkənin neytrallığını onun təhlükəsizliyinin təminatı adlandırıb. Onun sözlərini Rusiya KIV-ləri  sitat gətirib.

Tauber Moldovanın silahlandırılması və NATO-ya daxil olmasının əleyhinə çıxış edib və partiyanın fevralın 28-də keçirilən kütləvi mitinqdə qəbul edilmiş qətnaməsində neytrallıq prinsipinin öz əksini tapdığını vurğulayıb. Deputat prezident Maia Sandunun hərbi ittifaqlara qoşulmağın zəruriliyi ilə bağlı fikirlərini pisləyib.

Sədr müavini bildirib ki,  bu bəyanatlar ölkədə sabitliyin pozulmasına, Dnestryanı münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

Bundan əvvəl Tauber Sandu və Moldova hökumətinin istefasına nail olacağına söz vermişdi. Onun fikrincə, ölkənin indiki hakimiyyətinin getməsi nəticəsində ölkə müharibədə iştirakdan yayına bilər.

Fevralın 16-da Sandu Moldovanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini elan edib. O vurğulayıb ki, vətəndaşlar arasında keçirilən sorğuların nəticələri onların ölkədə neytrallığın qorunmasına dəstək vermək istəyindən xəbər verir.