Ən son xəbərlər:

08.03.2023 / 08:55/ Qazaxıstan 2023-cü ildə Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft nəqlini 60 milyon tona çatdıracaq

Qazaxıstan 2023-cü ildə Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft nəqlini 60 milyon tona çatdıracaq.

xeberaz.info-nun məlumatına görə  Qazaxıstan 2023-cü ildə Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft nəqlini 50 milyon tondan 60 milyon tona çatdırmağı planlaşdırır, energetika naziri Bulat Akçulakov bu barədə bildirib.

Biz Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə 50 milyon tondan çox xam neft tədarük etdik. Bu il bizim məqsədimiz dünya üzrə müştərilərimizə təqribən 60 milyon ton xam neft çatdırmaqdır, o, Texas ştatının Hyuston şəhərində keçirilən CERAWeek beynəlxalq enerji konfransında belə bildirib.

Xəzər Boru Kəməri Konsorsiumu neft kəmərləri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Qara dənizin Rusiya sahilləri ilə birləşdirir və burada neft dəniz terminalı vasitəsilə tankerlərə göndərilir.