Ən son xəbərlər:

08.03.2023 / 06:57/ BMT-nin baş katibi Ukraynada Vladimir Zelenski ilə görüşəcək

BMT-nin baş katibi Ukraynada Vladimir Zelenski ilə görüşəcək.

xeberaz.info-nun məlumatına görə BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya gəli və burada Vladimir Zelenski ilə görüşəcək. Bu barədə ötən gün, martın 7-də Təşkilatın baş katibinin nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.

Brifinq zamanı Fərhan Haq bildirib ki, Baş katib səhər saatlarında Polşaya gəlib və hazırda o, artıq Ukraynadadır. Antonio Quterreş prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib.

Fərhan Haqın sözlərinə görə, BMT baş katibi ilə Zelenski arasında taxıl sazişinin uzadılması ilə bağlı görüş bu gün, martın 8-də baş tutacaq.