Ən son xəbərlər:

08.03.2023 / 06:47/ Rusiyanın Lukoil və Yaponiyanın INPEX şirkətləri birlikdə İraqın neft yataqlarının işlənməsinə başlayacaq

Rusiyanın Lukoil və Yaponiyanın INPEX şirkətləri birlikdə İraqın neft yataqlarının işlənməsinə başlayacaq.

xeberaz.info-nun məlumatına görə Rusiyanın Lukoil və Yaponiyanın INPEX şirkətləri 10-cu blokda aşkar edilmiş Eridu neft yatağının işlənməsi üzrə ilkin təklif üçün İraqın Ziqar vilayətinin Neft Şirkətindən razılıq alıb. Bu barədə Arabica teleqram kanalı məlumat yayıb.

12,9 milyard barel ehtiyatla kəşf edilən bu yataqda işlərə hələ 2012-ci ildə başlanılıb. Tərəfdaşlıq əsasında həyata keçiriləcək bu yataqda payların 60% -i Lukoila, 40% isə yaponlara məxsus olacaq.