Ən son xəbərlər:

07.03.2023/ 19:47 / Leopard tankları artıq Ukraynadadır

Leopard tankları artıq Ukraynadadır.

xeberaz.info-nun məlumatına görə ilk alman “Leopard” tankları, eləcə də Amerikanın “Patriot” zenit-raket kompleksləri artıq Ukraynaya gəlib, – Polşanın müdafiə naziri Mariuş Blaşçak İspaniyanın “Razon” nəşrinə müsahibəsində belə bildirib.

O vurğulayıb ki, NATO texnikası Polşanın səyləri sayəsində Ukraynaya gətirilib.

Yalnız bizim birgə fəaliyyətimiz – bütün azad dünyanın hərəkətləri bu ədalətsiz münaqişənin tərəzisini düzgün istiqamətə yönəldə bilər. Polşa Müdafiə Nazirliyinin rəhbəri belə bildirib.

Blaşçak vurğulayıb ki, son bir ildə Varşava Kiyevə 2,2 milyard avrodan çox silah ötürüb. Eyni zamanda, bu məbləğə Ukrayna hərbçilərinin Polşada təlimi xərcləri daxil deyil.