Ən son xəbərlər:

07.03.2023/ 19:33 / İsveçrə öz silahlarının Ukraynaya verilməsini qadağan edib

İsveçrə öz silahlarının Ukraynaya verilməsini qadağan edib.

xeberaz.info-nun məlumatına görə İsveçrə Kantonlar Şurası səs çoxluğu ilə üçüncü ölkələrə İsveçrə silahlarının Ukraynaya ötürülməsini qadağan edib. Bu barədə İsveçrə parlamentinin saytında dərc olunmuş sənəddə belə deyilir.

İsveçrə Federal Şurasında ixrac edilən hərbi materialların Ukraynaya təhvil verilməsi ilə bağlı fikirlər bölünüb. Şura ixrac edilməməsi bəyannaməsini yumşaltmaq təklifini rədd edib.

Bundan əvvəl İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirmişdi ki, parlament hərbi texnikanın ixracı ilə bağlı qanuna dəyişiklik edərsə, ölkə hökuməti silahların Ukraynaya təkrar ixracına icazə verməlidir. Lakin sonradan Kantonlar Şurasının Təhlükəsizlik Komissiyası müvafiq təşəbbüsə qarşı çıxdı.

İsveçrə prezidenti Alan Berset isə etiraf etmişdi ki, Kiyevə silahların reeksportu səbəbindən ölkə bitərəf kimi etibarını itirə bilər. O vurğulayıb ki, dövlət öz fundamental prinsiplərinə sadiq olmalıdır.