Ən son xəbərlər:

07.03.2023/ 18:58 / Brüssel NATO-nun növbəti baş katibinin namizədliyi üçün B planını hazırlayıb

Brüssel NATO-nun növbəti baş katibinin namizədliyi üçün B planını hazırlayıb.

Xeberaz.info-nun məlumatına görə Avropa Komissiyasının sədri Ursula fon der Leyen NATO-nun növbəti baş katibi ola bilər, bu gün, martın 7-də İtaliyanın “La Repubblica” qəzeti Brüsseldəki mənbələrə istinadən xəbər verir.

Ursula fon der Leyen öz vəzifəsinə yenidən seçilmək istərdi, lakin onun NATO-nun baş katibi seçilməsi məsələsi B planı kimi gündəmə gətirilib, nəşr belə qeyd edir.

Şimali Atlantika Alyansının hazırkı inzibati rəhbəri Yens Stoltenberqin səlahiyyət müddəti sentyabrın 30-da başa çatır.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hərbi blokun baş katibi postuna ambisiyaları məlum olub.