Ən son xəbərlər:

07.03.2023/07:49/ Rusiyanı qiymətli daşlardan əldə edilən gəlirdən məhrum edilməsi müzakirə olunub

Rusiyanı qiymətli daşlardan əldə edilən gəlirdən məhrum edilməsi müzakirə olunub.

xeberaz.info-nun məlumatına görə  ABŞ Dövlət Departamentinin və Avropa Komissiyasının (AK) nümayəndələri almaz sənayesinin aparıcı nümayəndələri ilə Rusiyanı qiymətli daşların satışından əldə olunan gəlirdən necə məhrum etmə yollarını müzakirə ediblər. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, tərəflər almaz sənayesinin Rusiya ilə bağlı gələcək idxal tədbirlərində, o cümlədən cilalanmış almazlarla bağlı iştirakının vacibliyinə toxunublar.

Söhbət Rusiyanın qiymətli daşdan əldə etdiyi gəlir axınını pozmağın ən təsirli yollarından gedir. Rusiya almaz ticarətindən milyardlarla dollar qazanmağa davam edir,- deyə biznes nümayəndələri bildiriblər.

2022-ci ilin martında LVMH holdinqinə məxsus Amerika zərgərlik brendi Tiffany & Co-nun Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada hasil edilən yeni brilyantları almaqdan imtina etdiyi bildirildi. Şirkətin qərarı martın 21-dən sonra ölkədə çıxarılan qiymətli daşlara şamil edilir.