Ən son xəbərlər:

07.03.2023/07:17/ Ukrayna İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımı proqnozunu pisləşdirib

Ukrayna İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımı proqnozunu pisləşdirib.

xeberaz.info-nun məlumatına görə  Strana.ua Ukraynanın iqtisadiyyat nazirinin müavini Oleksiy Sobolevin bəyanatına istinadən xəbər verir ki, Ukrayna İqtisadiyyat Nazirliyi bu il ÜDM-in artımı ilə bağlı proqnozunu 3,2%-dən 1%-ə endirib.

Sobolevin bəyanatında bildirilir ki, ÜDM-in artım proqnozu digər məsələlərlə yanaşı, hərbi əməliyyatların ilin ortalarında bitməyəcəyi ehtimalına görə pisləşib.

Nazir müavini əlavə edib ki, – görünür, biz inflyasiyanın pik həddini keçmişik – o, tədricən azalmağa başlayır. Onun 2022-ci ildəki 26,6%-dən 24%-ə düşəcəyini proqnozlaşdırırıq.

Bundan əvvəl Dünya Bankı 2023-cü ildə Ukraynanın ÜDM artımının yenidən hərbi eskalasiya olmamaq şərti ilə 3,3% səviyyəsində olacağını proqnozlaşdırmışdı.