Ən son xəbərlər:

07.03.2023/04:25/ İsveçrə Milli Bankı 116 illik fəaliyyətində ilk dəfə zərərlə üzləşib

İsveçrə Milli Bankı 116 illik fəaliyyətində ilk dəfə zərərlə üzləşib.

xeberaz.info-nun məlumatına görə bankın bazar ertəsi, martın 6-da yaydığı bəyanatda deyilir ki, İsveçrə Milli Bankı (SNB) ötən ili 116 illik fəaliyyətinin ən böyük itkisi ilə başa vurub. Mərkəzi bankın vergidən sonrakı itkiləri 132,48 milyard frank (133,06 milyard avro) təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə SNB 26,3 milyard frank (26,41 milyard avro) xalis mənfəət əldə edib.

Ötən ilin nəticəsinə əsasən valyuta məzənnəsindəki əlverişsiz dəyişikliklər təsir edib. Mərkəzi Bankın məlumatına görə, 131,46 milyard frank itkiyə onun xarici valyutada olan aktivlərinin dəyərdən düşməsi səbəb olub və İsveçrə frankının mövqeyi də 1 milyard frankdan çox zərərə səbəb olub. Bununla bərabər qızılın qiymətinin artması nəticəsində  400 milyon frank mənfəət əldə edilib.

Ötən il İsveçrə mərkəzi bankının qızıl ehtiyatları 1040 ton təşkil edib – bu, bir il əvvəl olduğu qədərdir.

SNB, itki səbəbindən səhmdarlara ötən il üçün dividend ödəyə bilməyəcəyini və İsveçrə federal büdcəsinə və kanton büdcəsinə pul köçürə bilməyəcəyini açıqlayıb.

İsveçrə qanunvericiliyi mərkəzi bankın gəlirli olmasını tələb etmir, onun əsas vəzifəsi qiymət sabitliyini qorumaqdır. Bununla belə, SNB həqiqətən qazanc əldə edərsə, onun bir hissəsini mərkəzi hökumətə və 26 kantona ötürür.