UEFA Ermənistan-Türkiyə oyununun İrəvanda türk azarkeşlərsiz keçirilməsinə qərar verib.
xeberaz.info-nun məlumatına görə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qərarı ilə 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və Türkiyə yığmaları arasında keçiriləcək oyunda türk azarkeşlər iştirak etməyəcək. Müvafiq bildiriş bu gün, martın 6-da Ermənistan Futbol Federasiyasının (FFA) rəsmi saytında yerləşdirilib.
Həmçinin qeyd olunur ki, https://tickets.ffa.am saytında Ermənistan-Türkiyə oyununa biletlərin onlayn satışı bu bazar ertəsi başlayıb.
Qarşılaşma martın 25-də İrəvanda baş tutacaq. Avro 2024-ün seçmə mərhələsinin püşkatma mərasiminə əsasən, Ermənistan Türkiyə, Xorvatiya, Uels və Latviya ilə birlikdə D qrupunda yer alıb.
Ankara İrəvanla münasibətlərin normallaşması prosesində yenidən futbol diplomatiyasına əl ata bilər. Bunu ötən ilin oktyabrında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç bəyan edib.
Ankarada erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 15-də bildirib ki, Ermənistan dağıdıcı zəlzələnin nəticələri ilə bağlı Türkiyəyə həmrəylik nümayiş etdirib və dostluq əlini uzadıb, bunun üçün İrəvana minnətdarıq.