Ən son xəbərlər:

06.03.2023/19:32/ Kaliforniya qaradərili qulların hər nəslinə 360 min dollar ödəmək istəyir

Kaliforniya qaradərili qulların hər nəslinə 360 min dollar ödəmək istəyir.

xeberaz.info-nun məlumatına görə Kaliforniya ştatı qaradərili qulların uzun illər zülmə məruz qalan nəsillərinə təxminən 640 milyard dollar ödəmək təşəbbüsünü nəzərdən keçirir. Bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin məlumatına görə, işçi qrupunun nəzərdən keçirdiyi variantlardan biri ştatın hər qaradərili sakininə 360 min dollar ödəməyi nəzərdə tutur ki, bu da təxminən 640 milyard dollar təşkil edəcək. Eyni zamanda, təşəbbüs müəllifləri bu təzminatları kimin maliyyələşdirməli olduğunu dəqiqləşdirirlər.

Bir işçi qrupu təhsil, səhiyyə və ev satınalmaları üçün birbaşa ödənişlər və ya qrantlar şəklində ayrıla bilən vəsaitlərin necə bölüşdürülməsini qiymətləndirmək üçün yaxın günlərdə Sakramento şəhərində görüşəcək. TASS-a istinadən xəbər verilir ki, qrup iyulun 1-dək öz tövsiyələrini ştatın qanunverici orqanına təqdim edəcək.

Xatırladaq ki, 16-cı əsrdən etibarən Yeni Dünyada əkinçilik köləliyi genişlənir, ixrac mallarının – pambıq, tütün, şəkər, kakao paxlası, qəhvə istehsalına yönəldilmişdir. Azad torpaqların bolluğu və əmək resurslarının olmaması səbəbindən Amerikaya qullar, əsasən Qərbi və Mərkəzi Afrikadan afrikalılar gətirilirdi. 400 il ərzində – 16-cı əsrdən 19-cu əsrə qədər – Afrikadan Amerikaya 15 milyona yaxın insan daşınıb ki, bu rəqəmin üçdə biri qadınlar olub. Eyni zamanda, daşınan qulların təxminən üçdə biri yolda ölüb. 1861-1865-ci illər vətəndaş müharibəsindən sonra ABŞ-da köləlik ləğv edildi.