Ən son xəbərlər:

06.03.2023/14:05 / Türk pilotsuz uçuş aparatları ABŞ və Çin PUA-larını üstələyir

Türk pilotsuz uçuş aparatları ABŞ və Çin PUA-larını üstələyir.

xeberaz.info-nun məlumatına görə Malayziyada Türkiyənin zərbə PUA-ları (pilotsuz uçuş aparatı) ABŞ və Çindən olan rəqiblərini üstələyib. Bu barədə “Yeni Şafak” məlumat yayıb.

Orta hündürlükdən zərbə vuran PUA-lar üçün tenderlər zamanı TUSAŞ (TAI) aerokosmik şirkətindən Türkiyənin ANKA-S təyyarəsi Amerikanın MQ-9B və Çinin Wing Loong II təyyarələri qarşısında rəqiblərini geridə qoyub.

Malayziyanın Qazaxıstan və İndoneziyadan sonra ANKA-nın tədarükü üçün müqavilə imzalayan üçüncü Asiya ölkəsi olacağı gözlənilir.

Bundan əvvəl İndoneziya, Əlcəzair və Çadın təmsil olunduğu üç ölkə yarım milyard dollar dəyərində 30 ədəd ANKA-S sifariş etmişdi.