Ən son xəbərlər:

06.03.2023/05:35/ Macarıstan Aİ-nin Ukrayna ilə bağlı qərarlarının səmərəsiz olduğunu bəyan edir

Macarıstan Aİ-nin Ukrayna ilə bağlı qərarlarının səmərəsiz olduğunu bəyan edir.

xeberaz info-nun məlumatına görə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqının qəbul etdiyi qərarlar səmərəsizdir. Onun sözləri SVT kanalı tərəfindən yayımlanıb.

Avropada tapmağa çalışdığımız həll yolları sadəcə olaraq işə yaramadı, çünki biz hərbi düşüncə ilə çox məşğul olduq, – deyə Szijjarto bildirib. O, münaqişənin yalnız insanların öldürülməsi dayandığı zaman həll olunacağını vurğulayıb. Nazir qeyd edib ki, bunun üçün atəşkəs sazişi bağlamaq lazımdır.

Nazir  Budapeştin Kiyevə silah verməkdən imtina etməsinə də münasibət bildirib. O izah edib ki, Macarıstan daha çox qan tökülməsini təşviq etmək istəmir. Biz silah göndərmirik, sülhü müdafiə etməyə davam edirik,- deyə Szijjarto vurğulayıb.

Bundan öncə macarıstanlı nazir BMT-nin baş katibi Antonio Quterreşi Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə dəvət edib.