Ən son xəbərlər:

06.03.2023/05:13/ Qırğızıstanın hər kəndi məhsul istehsalının bir sahəsi üzrə ixtisaslaşacaq

Qırğızıstanın hər kəndi məhsul istehsalının  bir sahəsi üzrə ixtisaslaşacaq.

xeberaz.info-nun məlumatına görə Qırğızıstan prezidenti Sadır Japarov müvafiq fərman imzalayaraq respublikanın bütün kəndlərinin konkret məhsulların istehsalı üzrə ixtisaslaşması barədə göstəriş verib. Bu barədə “Fərqanə” agentliyi Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Mətbuat xidmətindən verilən məlumata görə, Bir Kənd – Bir Məhsul milli iqtisadi layihəsinə start verilib.

Bir Kənd – Bir Məhsul Layihəsi Yaponiyada ölkənin regionlarını inkişaf etdirmək məqsədi ilə hazırlanıb və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verib.

Layihənin konsepsiyası müəyyən bir bölgəni təcəssüm etdirən unikal, yüksək keyfiyyətli məhsulların öyrənilməsi və istehsalıdır.

Layihə yerli resurslardan keyfiyyətli məhsulların istehsalı, istehsalçıların biznesin idarə edilməsi, marketinq və satış imkanları baxımından bacarıqlarının inkişaf etdirilməsi, məhsulların yerli və beynəlxalq bazarlarda tanıdılması, yerli brendlərin yaradılması və məhsullara əlavə dəyər qazandırılmasını nəzərdə tutur.

Məlumatına görə, Bir Kənd – Bir Məhsul layihəsi artıq bir neçə ildir ki, Qırğızıstanın İssık-Kul vilayətində həyata keçirilir və iş yerlərinin yaradılması və istehsal olunan məhsulların Yaponiya, Çin, ABŞ və Qazaxıstana ixracından qazanc formasında müsbət nəticələr göstərir.