Ən son xəbərlər:

03.03.2023/19:53/ ABŞ İsveç və Finlandiyanın NATO-ya daxil olmasını səbirsizliklə gözləyir

ABŞ İsveç və Finlandiyanın NATO-ya daxil olmasını səbirsizliklə gözləyir.

xeberaz.info-nun məlumatına görə  Vaşinqton İsveç və Finlandiyanın mümkün qədər tez NATO-ya üzv olacağına ümid edir. Bunu bu gün, martın 3-də ABŞ-ın dövlət katibi Entoni Blinken öz Tvitter səhifəsində yazıb.

İsveç xarici işlər naziri Tobias Billström ilə əla söhbət etdik. Mən təsdiq etdim ki, Birləşmiş Ştatlar həm İsveçin, həm də Finlandiyanın NATO-ya üzv olmağa hazır olduğuna inanır, biz onların tezliklə üzv olmasını gözləyirik. Bu barədə TASS-a istinadən dövlət katibi belə bildirib.

Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşulmaq üçün ötən il mayın 18-də müraciət edərək bildiriblər ki, Ukraynadakı hadisələr onları buna sövq edib.