Ən son xəbərlər:

03.03.2023/19:17/ Türkiyə yenidən BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

Türkiyə yenidən BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.

xeberaz.info-nun məlumatına görə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT agentliklərində hərtərəfli islahatlara çağırıb. Bu barədə TRT agentliyi məlumat yayıb.

Çavuşoğlu Hindistanda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında BMT agentliklərinin hərtərəfli islahatına çağırış edib.

Bizə ilk növbədə Təhlükəsizlik Şurasında, ÜST kimi BMT qurumlarında, həmçinin ÜTT və beynəlxalq maliyyə institutlarında hərtərəfli islahatlar lazımdır.

Çoxtərəflilik, ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və inkişafla bağlı sessiyada Çavuşoğlu bildirib ki, Türkiyənin yanaşması çoxtərəfliliyi gücləndirmək və islahatlara ehtiyacın olmasıdır.

Effektiv çoxtərəflilik və qaydalara əsaslanan sistem bizim tərk edə bilməyəcəyimiz iki əsas anlayışdır.

Çavuşoğlu BMT Təhlükəsizlik Şurasında regional təmsilçiliyin gücləndirilməsini məcburi adlandırıb və qeyd edib ki, veto hüququna malik daimi üzvlərin sayının artırılması Təhlükəsizlik Şurasının mövcud səmərəsizliyini daha da gücləndirəcək.