Ən son xəbərlər:

03.03.2023/18:11/ Ukraynanın NATO-ya üzvlüyünə dəstək haqqında bəyannamə imzalandı

Latviya prezidenti Ukraynanın NATO-ya üzvlüyünə dəstək haqqında bəyannamə imzalayıb.

xeberaz.info-nun məlumatına görə Latviya prezidenti Egils Levits Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən bəyannamə imzalayıb. Cümə günü, martın 3-də Latviya və Ukrayna prezidentləri Egils Levits və Vladimir Zelenski Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyasını dəstəkləmək üçün birgə bəyannamə imzalayıblar. Bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.

Bəyənnaməni şərh edən Zelenski bildirib ki, NATO yalnız Ukraynanı öz üzvləri sırasına qəbul etdikdən sonra Avropanın və ittifaqın ümumi dəyərlərinin həqiqətən güclü müdafiəçisi olacaq.

Zelenski həmçinin latviyalı həmkarına və bütün Latviya xalqına Ukraynanı Avropa İttifaqı və NATO ilə inteqrasiya yolunda dəstəklədiyinə görə minnətdarlığını bildirib.