Ən son xəbərlər:

03.03.2023/14:59/ Çin və QUAD arasında münaqişə gözlənilmir

Çin və QUAD arasında münaqişə gözlənilmir.

xeberaz.info-nun məlumatına görə Pekinin beynəlxalq hüquqa uyğun hərəkət edəcəyi təqdirdə, Çin ilə Dördtərəfli Təhlükəsizlik Dialoqu ölkələri – QUAD, Avstraliya, Hindistan, ABŞ, Yaponiya arasında münaqişə gözlənilmir. Bu barədə cümə günü Yeni Dehlidə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi istinadən, martın 3-də TASS məlumat yayıb.

Onun sözlərinə görə, QUAD hərbi məsələlərə toxunmur, bu dialoq praktiki əməkdaşlığa həsr olunub.

Bundan əlavə, biz heç kimi itələməyə çalışmırıq, bizim açıq arxitekturamız var . Biz yalnız hamını beynəlxalq hüquq normalarına uyğun hərəkət etməyə çağırırıq. Ona görə də Çin beynəlxalq hüquqa riayət edərək bu şəkildə hərəkət etdikcə onunla QUAD arasında heç bir münaqişə olmayacaq. Yaponiyanın xarici işlər naziri belə bildirib.

Avstraliya, Hindistan, ABŞ və Yaponiya xarici işlər nazirlərinin ilk birgə görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında dördlüyün ilk sammiti virtual formatda baş tutub. 2021-ci ilin sentyabrında Vaşinqtonda QUAD assosiasiyasının ilk üzbəüz sammiti təşkil olundu. Ağ Ev etiraf etdi ki, QUAD-ı zamanla ABŞ-ın bəzi müttəfiqlərini və tərəfdaşlarını, o cümlədən qeyri-regional müttəfiqləri də əhatə etmək üçün genişləndirməyə çalışır.