Ən son xəbərlər:

03.03.2023/14:34/ Bakı hava limanı 12 saat ərzində beynəlxalq reyslərin iki məcburi enişini qəbul edib

Bakı hava limanı 12 saat ərzində beynəlxalq reyslərin iki məcburi enişini qəbul edib.

xeberaz.info-nun məlumatına görə Böyük Britaniyanın “Virgin Atlantic” aviaşirkətinin London-İslamabad marşrutu ilə uçan sərnişin layneri Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün sorğu göndərib.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Boeing 787-9 yerli vaxtla saat 07.37-də hava limanına təhlükəsiz eniş edib.

Son 12 saat ərzində bu, Bakı hava limanına ikinci məcburi enişdir. Martın 2-də axşam saatlarında həmçinin “Boeing 787”nin göyərtəsində olan sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Banqkok-Amsterdam marşrutu ilə uçan Tayvanın “EVA Air” aviaşirkəti də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.