İngiltərə Argentinanın Folklend adalarına iddialarını rədd edir.
xeberaz.inf-nun məlumatına görə Folklend adaları (Malvin) Böyük Britaniyaya aiddir. Bunu Argentina Xarici İşlər Nazirliyinin adalarla bağlı müqaviləni denonsasiya etməsinə cavab olaraq Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli öz Twitter səhifəsində bildirib.
Bundan əvvəl Argentinanın xarici işlər naziri Santiaqo Kafiero Böyük Britaniyaya adalar ərazisində inzibati və iqtisadi fəaliyyətlərin aparılmasına aid olan Foradori-Dunkan sazişinin denonsasiyası barədə məlumat vermişdi. Müqavilə Argentina və Böyük Britaniya arasında dialoq mexanizminin yaradılmasını və Folklend adalarında iqtisadi vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tuturdu.
Folklend adaları Britaniyanındır. Adaların əhalisi öz gələcəklərinə qərar vermək hüququna malikdir – onlar Britaniyanın dənizdən kənardakı ərazisi olaraq qalmağı seçiblər. Kleverli belə bildirib.
Böyük Britaniya 1833-cü ildə Folklend adalarını ilhaq edib. Onlar 200 ilə yaxındır ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olublar. 1982-ci ilin aprelində İngiltərə Argentinaya qarşı müharibədə qalib gəldiyi
2013-cü ildə adalarda referendum keçirildi, sakinlərin əksəriyyəti adanın Britaniya tacı altında saxlanmasının tərəfdarı oldu. Argentina referendumun nəticələrini tanımayıb.