Ən son xəbərlər:

03.03.2023/07:53/ Estoniya Nazirlər Kabineti inflyasiyanı cilovlaya bilmir

Estoniya Nazirlər Kabineti inflyasiyanı cilovlaya bilmir.

xeberaz.info-nun məlumatına görə Estoniya hökuməti görünməmiş inflyasiyanın öhdəsindən gələ bilmir, bu barədə Respublika Statistika Departamentinin mətbuat mərkəzi məlumat yayıb.

Estoniyada yanvar ayında illik inflyasiya 18,6% təşkil edib, fevralda azalıb, lakin hələ də inflyasiya 17,8%. göstərici ilə  Baltikyanı ölkələrdə ən yüksək nəticə olaraq qalır.  Estoniyada bu ilin fevral ayında istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,6% artıb. Özlüyündə inflyasiya səviyyəsi dövlətdə həyat səviyyəsini müəyyən etmək üçün meyardır.