Ən son xəbərlər:

03.03.2023/05:50/ Yaponiya Rusiya neftinin idxalını bərpa edir

Yaponiya Rusiya neftinin idxalını bərpa edir.

xeberaz.infonun məlumatına görə Yanvar ayında Yaponiya Rusiya neftinin idxalını bərpa edib. Platts agentliyi ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatlarına istinadən bildirir ki, şirkətlər Saxalin-2 layihəsindən 747 min barel neft əldə ediblər.

Agentlik qeyd edir ki, ENEOS və İdemitsu Kosan neftayırma şirkətləri yeni müqavilələr bağlamadıqlarına görə Yaponiya may ayından Rusiya neftini almayıb. Hazırda Taiyo Oil onu təhvil alıb.

Platts qeyd edir ki, Yaxın Şərq Yaponiyanın əsas neft tədarükçüsü olmaqda davam edir. Ötən yanvar ayı ilə müqayisədə o öz payını 91,8%-dən 94,4%-ə yüksəldib.