Ən son xəbərlər:

03.03.2023/05:25/ Rusiya ödəniş sistemi tezliklə Kubada istifadəyə veriləcək

Rusiya ödəniş sistemi tezliklə Kubada istifadəyə veriləcək.

xeberaz.info-nun məlumatına görə Rusiyanın Havanadakı səfiri Andrey Quskov Rusiya KİV-lərinə müsahibəsində Rusiyanın “Mir” ödəniş sisteminin Kubada tezliklə işə salınacağını bildirib.

Səfir bildirib ki, Kubada “Mir” sisteminin işə salınması üçün hazırlıqlar başa çatmaq üzrədir.

Ötən ilin oktyabr ayında Kubanın Moskvadakı səfirliyinin mətbuat xidməti Mir kartlarının Kubada 2022-ci ilin sonuna qədər qəbul ediləcəyini açıqlamışdı. Havana 2021-ci ilin sonundan etibarən Milli Ödəniş Kart Sistemi (MÖKS) ilə birlikdə sistemin tətbiqi üzərində işləyir.