Ən son xəbərlər:

03.03.2023/05:01/ BMT-nin Ümumdünya Ərzaq Proqramına ABŞ senatorunun arvadı rəbərlik edəcək

BMT-nin Ümumdünya Ərzaq Proqramına ABŞ senatorunun arvadı rəbərlik edəcək.

xeberaz.info-nun məlumatına görə ABŞ senatoru Con Makkeynin dul arvadı Sindi  Makkeyn BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) icraçı direktor vəzifəsinə təsdiq edilib. Ötən gün BMT baş katinin, eləcə də  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun təklifi ilə  martın 2-də ÜƏP İcraiyyə Şurasının Romada keçirilən iclasında qəbul edilib.

Ümumdünya Ərzaq Proqramı İcraiyyə Şurasının sədri, Polşanın Romadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Artur Pollok, İcra Şurası Sindi Makkeynin namizədliyinə etiraz etmədiyini bildirib.

Sindi Makkeyn səlahiyyət müddəti aprelin 4-də başa çatan  Devid Bislini əvəz edəcək. TASS bu barədə xəbər verir. Devid Bislin 2017-ci ildən ÜƏP-ə rəhbərlik edir və onun rəhbərliyi altında BMT-nin bu strukturu Nobel Sülh Mükafatına layiq görülüb.

Ümumdünya Ərzaq Proqramı 36 dövlətin daxil olduğu İcraiyyə Şurası tərəfindən idarə olunur.

Təşkilatın icraçı direktoru 5 il müddətinə təyin edilir və inzibati məsələlərə, habelə onun proqramlarının, layihələrinin və digər tədbirlərin həyata keçirilməsinə cavabdehdir.