Ən son xəbərlər:

02.03.2023/11:07/ Çexiya Prezidenti Ukraynaya qırıcı təyyarə göndərməyi təklif edib

Çexiya Prezidenti Ukraynaya qırıcı təyyarə göndərməyi təklif edib.

xeberaz.info-nun məlumatına görə Martın 9-da andiçmə mərasimi keçiriləcək Çexiyanın seçilmiş prezidenti Pyotr Pavel hesab edir ki, NATO ölkələri Ukraynaya qırıcı təyyarələr göndərməlidirlər, lakin ən azı altı aydan sonra. Bu barədə o, Almaniyanın Die Zeit qəzetinə müsahibəsində bildirib.

Pavel hesab edir ki, belə bir qərar qəbul edilərsə, altı ay və ya daha çox müddətdə həyata keçiriləcək, çünki bu mütəxəssislərin, uçuş və yerüstü kadrların hazırlanmasını tələb edir.

Daha əvvəl, Qərb ölkələrinin tank tədarükünə dair zəmanətlərini aldıqdan sonra Ukrayna hakimiyyəti qırıcı təyyarələr tələb etməyə başladı. Lakin hələlik Kiyev buna nail ola bilməyib.