Ən son xəbərlər:

02.03.2023/06:57/ Tbilisinin cənubunda yeni zəlzələ baş verdi

Tbilisinin cənubunda yeni zəlzələ baş verdi.

xeberaz.info-nun məlumatına görə Respublika Seysmik Monitorinq üzrə Milli Mərkəzin məlumatına görə, martın 1-də Gürcüstanda 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Tbilisidən 62 km cənubda, Dmanisi şəhəri yaxınlığında (Kvemo Kartli bölgəsi) yerləşib.

Yeraltı təkanlar Ermənistan seysmik stansiyaları tərəfindən də qeydə alınıb.

Onlar Ermənistan ərazisində: Şirak və Lori rayonlarında, Tavuş vilayətinin Noyemberyan şəhərində hiss olunub.

Xatırladaq ki, Fevralın 15-də episentri Tbilisidən 59 kilometr cənubda, Dmanisi şəhərinin Məmişləri kəndi yaxınlığında, 3,3 bal gücündə zəlzələ baş verib.