Ən son xəbərlər:

02.03.2023/06:39/ Putin Si Tszinpini Moskvada qəbul etməyə hazırlaşdığını bildirib

Putin Si Tszinpini Moskvada qəbul etməyə hazırlaşdığını bildirib.

xeberaz.info-nun məlumatına görə Rusiya prezidenti Vladimir Putin ÇXR Sədri Si Tszinpinlə görüşə hazırlaşdığını və Rusiya paytaxtına səfəri zamanı Çin nümayəndə heyətinə Moskva metrosunun böyük dairəvi xəttini göstərməyə çalışacağını söyləyib.

Dövlət başçısı mərasimdə videokonfrans rejimində iştirak edib. Moskva metrosunun böyük dairəvi xəttininin son doqquz stansiyası istifadəyə verilib: “Marina roşa”, “Riqa”, “Sokolniki”, “Tekstilşiki”, “Peçatniki”, “Nagatinsky Zaton”, “Klenovıy Bulvarı”, “Kashirskaya” və “Varşavskya”.