Ən son xəbərlər:

01.03.2023/06:39/ Rusiya, Çin, ASEAN və Latın Amerikası ölkələri sanksiyalara birgə müqavimət göstərəcək

Rusiya, Çin, ASEAN və Latın Amerikası ölkələri sanksiyalara birgə müqavimət göstərəcək.

xeberaz.info-nun məlumatına görə, sanksiyalar çərçivəsində Rusiya, Çin, ASEAN və Latın Amerikası ölkələri alternativ ticarət, nəqliyyat və hesablaşma mexanizmləri yaradacaq. Fevralın 28-də  bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Əlavə risklər ABŞ, Aİ və G7 ölkələri tərəfindən təhrik olunur: enerji keçidinin birtərəfli formaları, “çap maşınlarının inflyasiyası”, Rusiya ərzaq və gübrələrinin ticarətində qeyri-qanuni maneələr.

Bu, əhalinin və biznesin əsas tələbatlarının – enerji və ərzaq məhsullarının bahalaşmasını sürətləndirir, sadə vətəndaşların “pul kisəsini” boşaldır.

O əlavə edib ki, Rusiya, Çin, ASEAN və Latın Amerikası ölkələri Qərbin şıltaqlığından asılı olmayaraq, digər ölkələrlə koalisiyada alternativ ticarət, nəqliyyat və hesablaşma mexanizmlərinin yaradılması yolu ilə bu çətinliklərin öhdəsindən gəlməyə çalışacaqlar. Diplomatın sözlərinə görə, Moskva prezident Vladimir Putinin Aİİ, ŞƏT və ASEAN-ın iştirakı perspektivi ilə geniş inteqrasiya konturunun qurulmasını nəzərdə tutan Böyük Avrasiya Tərəfdaşlığının yaradılması təşəbbüsünün yaradıcı potensialından fəal şəkildə istifadə edəcək.