Bakı Qarabağdakı enerji qovşağı ilə Avropaya çıxır.
xeberaz.info-nun məlumatına görə 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası Qarabağı və Şərqi Zəngəzuru dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin edəcək. Qarabağ bölgəsində enerji qovşağının tikintisi ilə tanışlıq məqsədilə bu gün, fevralın 27-də Qarabağ regionunda enerji qovşağının tikintisi ilə tanış olmaq üçün təşkil olunan mediatur zamanı qeyd olunub ki, bu yarımstansiya Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) marşrutu vasitəsilə Avropa enerji bazarlarına daha sərfəli çıxış əldə etməyə imkan verəcək. Bu barədə Trend xəbər agentliyi xəbər verir.
Qeyd olunur ki, Cəbrayılda yarımstansiyanın tikintisi həm də ixrac imkanlarının artırılması və Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, Xudafərin və Qız Qalası elektrik stansiyasında o cümlədən Azərbaycanın ümumi enerji sistemində kiçik su elektrik stansiyalarında hasil olunan enerjinin ötürülməsi baxımından mühüm və perspektivli meqalayihədir.