Ən son xəbərlər:

27.02.2023/15:53 / Çin Rusiyaya yüzlərlə dron tədarük etmək niyyətindədir

Çin Rusiyaya yüzlərlə dron tədarük etmək niyyətindədir.

xeberaz.info-nun məlumatına görə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol ABC telekanalına müsahibəsində deyib ki, Vaşinqtonda Çinin Rusiyaya yüzlərlə pilotsuz təyyarə tədarük edəcəyinə dair kəşfiyyat məlumatları var. Bu barədə bu gün, fevralın 27-də Rusiya KİV-ləri xəbər verir.

Bizim kəşfiyyat məlumatlarımız var ki, Çin Rusiyaya yüzlərlə dron göndərmək niyyətindədir. Makkol belə bildirib.

O,  təklif edib ki, Pekin Moskvanı başqa ölümsaçan silahlarla da təmin edə bilər. Amma o bunu dəqiqləşdirməyib.

Konqresmen iddia edir ki, Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin gələn həftə görüşəcəkləri zaman bu məsələni müzakirə edəcəklər.