Ən son xəbərlər:

27.02.2023/07:13/ Türkiyədə 188 nəfər inşaatçı və podratçı həbs edildi

Türkiyədə zəlzələdən sonra 188 nəfər inşaatçı və podratçı həbs edilib.

xeberaz.info-nun məlumatına görə Türkiyə zəlzələlərdə dağılan binalara görə məsuliyyət daşıyan, əsasən inşaatçılar və podratçılar olan 188 nəfəri həbs edib. “Hürriyet” xəbər verir ki, daha əvvəl çökmüş və ya qismən zədələnmiş obyektlərlə bağlı aparılan araşdırmalardan sonra 626 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Məlumata görə 188 şübhəli həbs olunsa da, onlardan 218-i sərbəst buraxılıb.

AP fevralın 6-da baş verən zəlzələlər nəticəsində 173 min binanın dağıldığını və ya ciddi ziyan gördüyünü bildirib. Mütəxəssislərin bildirdiyinə görə onların bir çoxu keyfiyyətsiz materiallardan və texnologiyalardan istifadə edilməklə tikilib.

Fevralın 26-na olan məlumata görə, Türkiyədə zəlzələlər nəticəsində 44 374 nəfər ölüb.