Ən son xəbərlər:

27.02.2023/06:57/ NATO regionda təhlükəsizliyin təmin edilməsinə dair ümumi öhdəliyini nümayiş etdirir

ABŞ və NATO Adriatik dənizində təyyarədaşıyan qruplar yerləşdirib.

xeberaz.info-nun məlumatına görə Birləşmiş Ştatlar və NATO müttəfiqləri Adriatik dənizində iki təyyarədaşıyan zərbə qrupunu cəmləşdirib, bu barədə Amerikanın 6-cı əməliyyat donanmasının komandanlığının məlumatında deyilir.

Bölgədə USS George Bush nüvə təyyarədaşıyan gəmisi, İtaliyanın “Cavour” təyyarədaşıyan gəmisi, İspaniyanın “Juan Carlos I” amfibiya hücum gəmisi, həmçinin Amerika raket kreyseri, esminesi və İtaliya freqatı var.

6-cı Donanmanın qeyd etdiyi kimi, Adriatik dənizində gəmilərin birgə əməliyyatları NATO-nun regionda təhlükəsizliyin təmin edilməsinə dair ümumi öhdəliyini nümayiş etdirir.