Ən son xəbərlər:

27.02.2023/06:26/ Ər-Riyad: Avropada sülhün bərqərar olunması vacibdir

Ər-Riyad: Avropada sülhün bərqərar olunması vacibdir.

xeberaz.info-nun məlumatına görə 1992-ci ildə Ukrayna ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulduqdan sonra ilk dəfə olaraq Krallığın xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Kiyevə rəsmi səfər edib və Vladimir Zelenski ilə görüşüb. “Pars Today” xəbər verir ki, bu barədə bu gün, fevralın 26-da məlumat verilib.

Ər-Riyad humanitar yardım kimi Ukrayna tərəfinə 410 milyon dollar ayırmağa qərar verib.

Faysal Al Saud həmçinin Ukrayna böhranının tezliklə həllini müdafiə edərək, Avropada sülhün bərqərar olmasının vacibliyinə işarə edib.

Ər-Riyadın Ukraynaya 100 milyon dollar məbləğində humanitar yardım və təxminən 300 milyon dollar həcmində enerji təchizatı üzrə birgə əməkdaşlıq proqramını xüsusi qeyd etmək lazımdır.

Ötən ildə də Səudiyyə Ərəbistanı Kiyevə 400 milyon dollara yaxın humanitar yardım edıb. BƏƏ də vaxtaşırı Ukraynaya humanitar yardım edir. Bununla belə, nə Əbu-Dabi, nə də Ər-Riyad Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, ümumilikdə balanslaşdırılmış xətt üzrə vaxtaşırı vasitəçi kimi çıxış ediblər.